Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virus İtaliyada yenə bir gündə 800-dən çox insanın həyatına son qoydu

İndi İtaliyada daha çox ölkədə koronavirusun yayılma sürətini azaltmaq haqqında düşünürlər. Amma rəqəmlər nikbinliyə heç bir əsas vermir.

Bizimyol.info xəbər verir ki, koronavirus İtaliyada yenə çox insanın həyatına son qoyub. Son sutka ərzində 837 insan həyatla vidalaşıb. Bununla da İtaliyada virusdan ölənlərin sayı 12 min 428-ə çatıb.

Sutka ərzində virus daşıyıcılarının sayı 4053 nəfər artıb. İndiyə qədər Avropa dövlətində 105 min 792 nəfərdə infeksiya aşkar olunub. İtaliya virusdan ölənlərin sayına görə dünyada birinci yeri tutur. İtalyanlar yoluxma statistikasında yalnız amerikalılardan geri qalır.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, dünyada virusa yoluxanların sayı 823 mini keçib. 40 min 643 nəfər həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »