Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Putinlə görüşən baş həkimdə koronavirus aşkarlandı - Foto
Putin000-00-0

Rusiyada koronavirusun sürəti çox artıb. Təkcə bu gün 500-dən çox yoluxma qeydə alınıb. Paytaxt Moskvada insanlara küçəyə çıxmaq qadağan olunub.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə görüşən baş həkimdə koronavirus aşkarlanıb. Moskvanın Kommunarka qəsəbəsindəki xəstəxanaya rəhbərlik edən Denis Protsenkonun virusa yoluxduğu müəyyənləşib.

Denis Protsenko Denis Protsenko

O, mətbuata açıqlamasında özünü pis hiss etmədiyini deyib. Protsenko fərdi karantinə çəkilməklə xəstəxananın ümumi işinə rəhbərlik etməyə çalışdığını söyləyib.

Baş həkim Putinlə martın 24-də görüşmüşdü. O, xəstəxanada yerləşdirilən koronavirusa yoluxanlarla dövlət başçısının görüşündə iştirak etmişdi. Dünya mətbuatında Putinin sarı rəngdə xüsusi kombinezon geyinməsi ayrıca müzakirə olunmuşdu.

Paylaş »
››› Bakıda sakinlər etiraz edir - Video
››› Elşad Mirinin qızı Amerikada 9 ali məktəbə qəbul oldu, prezident təqaüdünə layiq görüldü
››› DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
››› İsveç heç vaxt karantin tətbiq etməməklə nə qazandı...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »