Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlətin dəstək proqramı bütün əhali qruplarını əhatə edir

“Sosial paket işləyən vətəndaşların işlərinin itirilməməsi üçün sahibkarlara çağırış və nəyinki çağırış sahibkarlara dəstək olunacaq. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar və kim onlara dəstək verməlidir? Əlbəttə ki, dövlət və hər zaman olduğu kimi dövlət .Və dövlət bunu edib".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirlərinin azaldılması ilə bağlı yaradılmış İşçi Qrupun hazırladığı təkliflər barədə danışıb, dövlətin “xilas paketi” barədə məlumat verib. Təkliflər paketi Azərbaycan iqtisadiyyatının postpandemiya dövrünə hazırlıq səviyyəsinin göstəricilərini ehtiva edir. Genişmiqyaslı konsepsiya demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə edir. Mikayıl Cabbarov bildirib ki, proqramlar hazırlanarkən ilk növbədə, pandemiyadan ən çox zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Təsnifləşdirmə zamanı ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Dövlət izolyasiya tədbirlərinə görə, işə getməyən vətəndaşların sosial durumunun diqqətdə saxlanması,həmin işçilərin əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsi addəmını atır və bunun 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə etməsi əhali tərəfindən məmnunluqla qarşılanır. rəsmi statistik göstəricilərə əsasən, hazırda ölkədə 1 milyon 555 min muzdlu işçi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir. Qiymətləndirmələrə əsasən, baş verən neqativ proseslər 11 fəaliyyət istiqamətinə 100% təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və “mall”lar, əyləncə, nəqliyyat və s. sahələrdir. Bu sahələr barədə detallı məlumatlar yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlanacaq.

İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir. Bir qayda olaraq, mikro sahibkarların maliyyə yastığı dardır. İqtisadi fəaliyyətə tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər, ilk növbədə, bu sektora təsir edib. Bu sektorun qorunub saxlanması üçün dəstəyə ehtiyacı var. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq.

Ümumilikdə isə bu proqramlar 600 minə yaxın insana şamil ediləcək. Təkliflər sırasında əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması ,sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi planları da var. Biznesə vergi güzəştləri, biznesin kreditlərə çıxışının daha da asanlaşdırılması, ipoteka kreditlərinin dəstəklənməsi, vergi ödəyicilərinin bank kreditlərinə dəstək verilməsi də təkliflər paketinin içərisindədir. Nazir məlumat verib ki, beləliklə, banklar tərəfindən yeni verilən kreditlərin 60%-nə dövlət tərəfindən zəmanət veriləcək. Belə kreditlərin maksimal illik faizi 15%-i keçməməlidir, müddəti isə 3 ilə qədər olmalıdır. Bu kreditlər üzrə faizlərin yarısı (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.

Nəzərədə tutulan tədbirlərin hamısı pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərərin minimallaşdırılması və əhalinin bu vəziyyətdən daha az ziyanla çıxa bilməsinə hesablanıb. Təkliflər paketinə düzgün və lazımi şəkildə əməl edilərsə xalqla dövlət birliyi heç şübhəsiz ki, bu ağır yükün də öhdəsindən gələcək.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »