Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ötən il 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

Keçən il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsi və araşdırmaların aparılmasına maneəçilik törədilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 131 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə)" əksini tapıb.

Protokollar üzrə 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 prosesə baxılmaqdadır.

Son xəbərlər
Bütün xəbərlər »