Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“BP-Azərbaycan” şirkətinin vitse-prezidenti koronavirusdan ayağı ilə "qorunur" – Video

Neft-qaz sahəsində fəaliyyət göstərən “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Zaur Paşayevin koronavirusa yoluxmamaq üçün gördüyü tədbirlər başqaları üçün təhlükəli vəziyyət yaradıb.

Bizimyol.info xəbər verir ki, Z.Paşayevin koronavirusla mübarizə tədbirlərinə zidd oaraq etdiyi hərəkətlər videomüşahidə kamerasının yaddaşına köçüb.

Videoda “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti öncə əllərini dezinfeksiya etdiyi, sonra isə ayağını qaldıraraq liftin düyməsini basdığı görünür.

Məsələ ilə bağlı “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Operator telefonun sönülü və ya əhatə dairəsi xaricində olduğu bildirib.

“BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Zaur Paşayev sosial şəbəkədə hesablarını bağlayıb.

Qeyd edək ki, “BP”-nin Səngəçal Terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı əməliyyatlar üzrə vitse-prezidenti təyin olunur.

Son xəbərlər
Bütün xəbərlər »