Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda əmanətlərin dollarlaşması cüzi artıb

Azərbaycanda fiziki şəxslərin bank əmanətlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 52,2%-dən cari il martın 1-nə 52,9%-ə yüksəlib.

“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən xəbər verir.

Hesabata əsasən fevral ayının 1-i ilə müqayisədə isə dollarlaşma səviyyəsində 1,5% bəndi artım qeydə alınıb. Belə ki, fevralın 1-nə dollarlaşma 51,1% olub.

2019-cu ilin müvafiq dövründə isə əmanətlərin dollarlaşma səviyyəsi 59,44% təşkil edib.

Qeyd edək ki, 2020-ci il martın 1-nə fiziki şəxslərin banklarda əmanətlərinin həcmi 8 694,4 mln. manat olub ki, bunun da 4 122,7 mln. manatı yerli valyuta ilə yerləşdirilib.

Son xəbərlər
Bütün xəbərlər »