Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son 5 il arasındakı 5 əsas fərq - Budəfəki böhranı daha dağıdıcı edən səbəblər

“Bəzən hazırda şiddətlənməkdə olan iqtisadi böhranla 2015-ci ilin devalvasiyaları və neft qiymətlərinin azalması arasında analogiyalar aparırlar. Lakin nəzərə almaq lazımdır ki, 2015-ci ildən fərqli olaraq, bu dəfəki böhranın daha dağıdıcı olmasına təsir edən bir neçə səbəblər mövcuddur”. Bu fikirləri

Bizimyol.info-ya verdiyi açıqlamada iqtisadçı Qaşqay İsmayıl səsləndirib.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

İqtisadçı 2015-ci illə 2020-ci ili müqayisə edərək 5 ilin arasındakı 5 əsas fərqdən danışıb.

“1. 2015-ci ilin böhranı başlayanda, insanlar ilk bir ildə onun təsirini müəyyən qədər azaldan ehtiyatlara malik idilər. Təqribən 10 “tox” il ərzində Azərbaycan iqtisadiyyatı rəvan inkişaf etmişdi, əhalinin pul gəlirləri artmışdı və bu da özünü ev, qızıl, avtomobil, bank hesablarındakı depozitlərdə göstərirdi. İndi isə həmin ehtiyatların əksər hissəsi əriyib, dəyər itirib yaxud xaricə köçürülüb.

2. 2020-ci ildən etibarən Azərbaycan Respublikasının neft hasilatının əhəmiyyətli şəkildə azalması başlanır, proqnozlara görə 2025-ci ilə hasilat iki dəfə aşağı düşəcək. 5 il əvvəl hasilatın enişi illik bir neçə faiz təşkil edirdi. Həmçinin neft qiymətləri də komfort hesab edilən 60-70 dollar ətafında dəyişirdi ki, qarşıdakı dövrdə qiymətlər daha aşağı olacaqdır 3. İnsanlar 2015-ci il böhranını müvəqqəti hal hesab edirdilər. Onlara elə gəlirdi ki, indiyə qədərki inkişafı təmin edən mexanizmdə hansısa səhv baş verib və hər şey əvvəlki kimi yaxşı olacaq. Ölkə iqtisadiyyatının inkişafını və nəhəng valyuta axınını təmin edən neftlə bağlı insanlar arxayın idilər. İndi isə, xüsusən də məlum xəstəliyin yayılmasından dövlətin əvvəlki həyat tərzini təmin edəcəyinə ciddi şübhələr yaranıb.

4. 5 il əvvəl dövlət tenderləri əvvəlki qaydada davam edirdi, Investisiya xərcləri məqsədilə ayrılmış milyardlarla manat vəsait əhalinin xeyli hissəsinin məşğulluğunu təmin edirdi, tikintiyə yönəldilən vəsaitlər böyük multiplikasiya əmsalına malik olduğundan, digər sektorların da fəaliyyətinə kömək edirdi. Bu isə işsizliyin kütləvi hal almasının qarşısını alırdı. Son 1 ildə dövlət investisiyaları əvvəlki effekti vermir və işsizliyin miqyası qorxunc həddə çatmışdır. Üstəlik, hər dəfə sosial xəcləri artırmaq lazım gəldikdə, büdcədə yeganə mənbə kimi investisiya xərclərinə baxılır. Bu baxımdan bu il koronavisur infeksiyasıyla bağlı dövlətin yardımları da bu mənbə hesabına baş tutacaq, bu isə iqtisadi aktivliyi daha da azaldacaq.

5. 2015-ci ildən sonra manatın möhkəmlənməsinə, növbəti devalvasiyaların qarşısının alınmasına və ən əhəmiyyətlisi, tədiyyə balansına təsir edən mühüm faktor, turizmin inkişafı oldu. Manatın dəyər itirməsi Cənub-Şərqi Asiya regionundan turistlərin axınına səbəb oldu ki, bu da öz növbəsində ölkəyə orta hesabla illik 3 milyard dollar (bəzi hallarda daha artıq) həcmində valyuta gətirirdi, turizmdən gələn gəlirlər xidmət sektorunun itkilərini və neft gəlirlərinin azalmasını kompensasiya etdi. Lakin qarşıdakı dövrdə turizmin azalması, daha sonra isə turizmin strukturunda dəyişikliklərin olması labüddür, ona görə də turist axını bərpa olunsa belə, əvvəlki gəlirlərin göstəricilərinə çata bilməsi şübhəlidir”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »