Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” ASC onlayn xidmətləri davam etdirir
Azərişıq

“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir. Belə ki, sosial şəbəkələrdə “Feysbuk” və “İnstaqram” vasitəsilə canlı bağlantı, eləcə də Votsap üzərindən müraciətlərin qəbulu həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin məlumat verib.

Eyni zamanda bütün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstərilir. “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini “199” Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına göndərə bilərlər.

Xüsusi olaraq bildiririk ki, istifadə olunan elektrik enerjisinin haqlarının ödənilməsi üçün mobil tətbiq və ya azerishiq.az saytından onlayn ödəmə sistemi mövcuddur. Bu isə “Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan çağırışına qoşulmağa imkan yaradır.

Bütün istehlakçılarımız onlayn xidmətlərimizdən yararlanır, eləcə də istifadə olunmuş elektrik enerjisi haqlarını həmin vasitələrdən istifadə etməklə ödəyirlər. Ona görə də istehlakçılarımıza öz təşəkkürümüzü bildiririk.

Paylaş »
››› Şənbə-bazar günləri kimlər bayıra çıxa bilər... - Rəsmi açıqlama
››› Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”
››› 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - Video
››› Baş Nazir qərar verdi: Cümə günü saat 14:00-dan məhdudiyyət qüvvəyə minir
››› Mehman Hüseynov xərçəngə yoluxmasından danışdı: "Heç bir xəstəxana mənə yaxın durmadı"
Son xəbərlər
Bütün xəbərlər »