Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyalı “zahid” özünütəcridin faydalarından danışır – Özünüzü tanıyın

81 yaşlı Mauro Morandi 30 ildir tək yaşayır. O bu yolu özü seçib və bundan zövq alır. İtalyanlar onu italiyalı zahid adlandırır.

Bizimyol.info xəbər verir ki, Morandinin yaşayış yeri La Maddalena arxipelaqındakı Budelli adasıdır. Yay aylarında burda turistlərə bələdçilik edən italyan qış aylarında tamamilə tək qalır. Özünün Robinzon Kruzo ilə müqayisə edilməsini sevməyən Morandi bura könüllü gəldiyini, təbiətlə harmoniyadan zövq aldığını qeyd edir. O dünya ilə əlaqəsini kəsməyib. Sosial şəbəkələrdən aktiv istifadə edir, dünya xəbərlərini izləyir. Elektriki günəş batareyalarından alır.

Ərzaq tələbatının bir hissəsini böyük torpaqdan gətirən qoca özü adada toyuq saxlayr, tərəvəz əkir. Yağış sularından içməli su toplayır. Dünyanın koronavirusla izolyasiya üsulu ilə savaş açdığını bilən Morandini belə deyib:

“İnsanlar bir neçə həftə evdə otura bilmirlər, darıxırlar? Gülməlidir. Mən qışda aylarla bayıra çıxmıram, kitab oxuyuram. Özünüizolyasiya etmək əslində özünü tanımaq, dünyanı dərk etmək üçün yaxşı imkandır. Bir çox insanlar bu şansdan istifadə edə bilmir. Onlar komfort zonasında olmağa alışııblar və bundan çıxmaq istəmirlər, mənasız ömür keçirməyi üstün tuturlar”,- deyə qoca zahid qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »