Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sabah"ın məşqçisi: "May ayının sonuna qədər oynamayacağıq"

"Burada çempionat uzun müddətdir ki, dayandırılıb. Dünən ən azı may ayının sonuna qədər oynamağın təhlükəsiz olmayacağına dair rəsmi məlumat aldıq".

"Report"un məlumatına görə, bu fikirləri "Sabah" futbol komandasının məşqçisi Marko Lozo "Sportklub" nəşrinə müsahibəsində deyib.

Baş məşqçi Jelko Sopiçin köməkçisi olan 32 yaşlı mütəxəssis Bakıdakı vəziyyətlə bağlı danışıb: "Dünənə qədər hər şey nisbətən normal idi. Öncə saat 15:00-a qədər kafe və restoranlar açıq oldu. Bu gün isə yalnız market və apteklərin açıq olacağı, insanların evlərini tərk etməməsi barədə qərar verildi".

Lozo "Sabah"a gəlməmişdən öncə ölkə futbolu barədə az çox şey bilmədiyini vurğulayıb: "Amma indi yaxşı mənada təəccübləndiyimi söyləyə bilərəm. İki klub keyfiyyət baxımından ayrıdır, bunlar "Neftçi" və "Qarabağ"dır. Digərləri isə eyni səviyyədədir. Hazırda Premyer Liqada 8 komanda var, amma növbəti mövsüm 10 olacaq".

Xorvatiyalı məşqçi çempionatdakı hazırkı durumdan razı olmadıqlarını söyləyib: "Turnir cədvəlindəki vəziyyətdən çox məmnun deyilik, amma xal fərqi çox azdır və məqsədimiz mövsümü üçüncü pillədə başa vurmaqdır. Jelko Sopiç və mənə burada burada bir şey etmək üçün vaxt lazımdır, buna görə səbrli olmalıyıq".

Qeyd edək ki, "Sabah" komandası Premyer Liqada 20 turdan sonra 21 xalla 6-cı pillədə qərarlaşıb. Koronavirus pandemiyası ilə əlaqədar çempionata aprelin 14-dək fasilə verilib. Bu qərar martın 18-də qəbul olunub.

Son xəbərlər
Bütün xəbərlər »