Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada kosmonavtlara qucaqlaşmaq və əllə görüşmək qadağan edilib

Aprelin 9-da Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş edəcək kosmonavtlara koronavirus pandemiyası ilə əlaqədar əllə görüşmək, eləcə də qucaqlaşmaq qadağan edilib.

APA “qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Kosmonavt Hazırlığı Mərkəzinin həkim-epidemioloqu Sergey Savin müsahibəsində bildirib.

O, rus kosmonavtları Anatoli İvanişin və amerikalı Kristofer Kassidinin BKS-yə uçuş ərəfəsində bütün gigiyena-təmizlik prosedurlarına ciddi əməl edirlər.: “Əllərini tez-tez yuyurlar, başqalarının şəxsi əşyalarından istifadə etmirlər. Eyni zamanda ümumi təyinatlı əşyalar hər istifadədən sonra dezinfeksiya olunur”.

Epidemioloqun sözlərinə görə, hətta kosmonavtların yemək yediyi yeməkxananın personalından da gigiyena qaydalara ciddi əməl etmələri tələb olunur: “Baykonurdakı oteldə otaqlar hər gün təmizlənir, havalandırma işləri aparılır, mütəmadi monitorinq gücləndirilib”.

Xatırladaq ki, son məlumatlara görə, Rusiyada 1,8 mindən çox yeni virusa yoluxma qeydə alınıb, 66 nəfər sağalıb, 17 nəfər ölüb.

Son xəbərlər
Bütün xəbərlər »