Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov dünyanın ən yaxşı məşqçilərinin siyahısında irəliləyib

Dünyanın ən yaxşı futbol məşqçilərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə planetin 1000 ən yaxşı mütəxəssisi yer alıb.

Azərbaycan siyahıda bir məşqçi ilə təmsil olunub. Bu, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur.

Aktivində 1054 xal olan 48 yaşlı mütəxəssis dünyada 550-cidir. O, ötən cədvəllə müqayisədə daha bir pillə irəliləyib. Qurbanov son siyahıda 1054 xalla 551-ci idi.

Qeyd edək ki, siyahının birinci pilləsində İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp qərarlaşıb. Almaniyalının hesabında 14 min 695 xal var.

Son xəbərlər
Bütün xəbərlər »