Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokio olimpiadasının keçiriləcəyi tarix açıqlandı

Koronavirus (COVID-19) pandemiyasına görə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının keçiriləcəyi vaxt məlum oldu.

TASS xəbər verir ki, Olimpiadanın açılış mərasimi 23 iyul 2021-ci ildə olacaq. Rəsmi qərar isə bu gün - Beynəlxalq Olimpiya Komitəsinin keçirəcəyi təcili görüşdə elan olunacaq.

Xatırladaq ki, təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməli idi.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »