Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latviyada koronavirusdan ölən olmayıb

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 42 nəfər artaraq 347-yə çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 13805 nəfər müayinə olunub.

Nazirlik virusa yeni yoluxma hallarının artacağını da istisna etməyib.

Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Son xəbərlər
Bütün xəbərlər »