Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa telekanalı Messini bənzəri ilə səhv saldı - Foto

Fransada yayımlanan “M6” telekanalının müxbirləri canlı yayımda gülməli səhvə yol veriblər.

“Givemesport” xəbər verir ki, telekanal “Barselona”nın əfsanəvi hücumçusu Lionel Messini onun bənzəri iranlı Rza Parasteşlə səhv salıblar.

Messi

Qeyd etmək lazımdır ki, “M6” koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayıran idmançılar haqqında süjet hazırlayıb.

Süjet yayımlanarkən ekranda məşhur tennisçi Rocer Federerlə yanaşı Messinin əvəzində R.Parasteşin şəkli əks olunub.

Xatırladaq ki, Messi koronavirusla mübarizəyə bir milyon avro vəsait ayırıb.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »