Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çinin Hubey əyalətində hava limanlarının fəaliyyəti işini bərpa edib
teyyare

Çində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Hubey vilayətində fəaliyyəti dayanmış hava limanlarında sərnişin və yük təyyarələrinin uçuşları bərpa olunub.

APA "TASS"-a istinadən xəbər verir ki, vilayətin inzibati mərkəzi olan Uxan şəhəri istisna olmaqla vilayət ərazisindəki hava limanları 2 aylıq fasilədən sonra martın 29-da normal fəaliyyətə başlayıb. İlk uçuş "Fuzhou Airlines" şirkətinə məxsus təyyarənin 64 sərnişinlə İçan şəhəri hava limanından qalxaraq Fucou istiqamətində yola düşməsi olub.

Çin Mülki Aviasiya Administrasiyasının məlumatına əsasən, uçuşlardan əvvəl hava limanları dezinfeksiya olunub, işçilərə isə xüsusi təlim keçirilib. Hava limanlarında sərnişinlərin bədən hərarətini ölçən termal kameralar quraşdırılıb. COVID-19 infeksiyasının əlamətləri olan sərnişinlərin izolyasiyası üçün xüsusi məntəqələr də hazırlanıb.

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
››› Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı korrupsiya araşdırmasına başlayıb
Son xəbərlər
Bütün xəbərlər »