Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada virusa yoluxanların və ölənlərin sayında azalma qeydə alındı

İtaliyada koronavirusla bağlı vəziyyət o qədər ağırdı kir, yoluxanların və ölənlərin sayında bir az azalma dərhal diqqət çəkir. Dünənlə müqayisədə bu gün rəqəmlər kiçik nikbinlik verir. Hərçənd, yenə ölənlərin sayı az deyil.

Bizimyol.info xəbər verir ki, İtaliyada virusa yoluxanların və ölənlərin sayında azalma qeydə alınıb. Son bir sutkada Avropa ölkəsində epidemiyadan 756 nəfər həyatını itirib. Məsələn, virus dünən 969 nəfərin həyatına son qoymuşdu. Beləcə, ölənlərin sayı 10 min 779-a çatıb.

Sutka ərzində İtaliyada 5217 yoluxma aşkarlanıb. İndiyə qədər burada 97 min 689 nəfərdə virus ortaya çıxıb. İtaliya Səhiyyə Nazirliyi 13 mindən çox vətəndaşın sağaldığını bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, dünyada indiyə qədər 708 mindən çox yoluxma halı təsdiqlənib. Ölənlərin sayı 33 mini keçib.

Son xəbərlər
Bütün xəbərlər »