Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə virusdan ölənlərin sayı 131-ə çatıb

Türkiyədən koronavirusla bağlı gələn xəbərlər nikbinliyə əsas vermir. Say dayanmadan və sürətini yüksəldərək artır.

Bizimyol.info xəbər verir ki, son bir sutkada Türkiyədə virusdan daha 23 nəfər həyatını itirib. Qardaş ölkədə heç vaxt bu qədər itki olmamışdı. Beləcə, ümumi say 131-ə çatıb.

Türkiyə səhiyyə naziri Fahrettin Hocanın açıqlamasına görə, daha 1815 nəfərdə virus aşkarlanıb. Bunun üçün 9 min 982 nəfər testdən keçirilib. İndiyə qədər virus aşkarlanan vətəndaşların sayı 9217-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, bütün dünyada virusa yoluxanların sayı 702 mini keçib. Koronavirus 33 mindən çox insanın həyatına son qoyub.

Son xəbərlər
Bütün xəbərlər »