Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” ödənişlə bağlı yayılan məlumatlara cavab verdi
Azərişıq

“Azərişıq” ASC mart və aprel aylarında abonentlərdən ödənişlərin yığılması ilə bağlı xüsusi tapşırığın verilməsi ilə bağlı yayılmış iddiaya münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında məlumatın doğru olmadığını söyləyib:

Tanrıverdi Mustafayev Tanrıverdi Mustafayev

“Müxtəlif şayiələr yayıla bilər. Ancaq “Azərişıq” ASC-nin birinci missiyası hər bir istehlakçısını dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Hazırda bütün ölkə boyu gücləndirilmiş iş rejimində çalışırıq, hər yerdə normal enerji təhcizatı var. “Azərişıq” icraçı strukturdur. Qanunvericilik səlahiyyəti yoxdur.

Şükürlər olsun ki, mart ayında əksər istehsalçılar enerji haqlarını ödəyib və qalanları da ödəyir. Bəli, hazırda sosial vəziyyəti çətin olan istehlakçılar var, onlara da vaxt verilib, diqqət göstərilir. Bu ay ödəyə bilmədiyi təqdirdə növbəti ayda ödəmək şansı yaradılıb və ya elektrik enerjisi borcunu hissə-hissə ödəyirlər. İstifadə olunmuş enerji haqları onlayn qaydada ödənilir, bu barədə problem yoxdur. İstehsalçılarımıza təşəkkür etmək istəyirəm. Nazirlər Kabinetinin nə qərarları olacaqsa, bizim də onlara operativ qaydada riayət etmək borcumuzdur”.

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Karantin cərimələri tutulmağa başladı
››› Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına Azərbaycandan reaksiya
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »