Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro: "ABŞ və Kolumbiya peşman olacaq"
ABŞ və Kolumbiya hakimiyyətləri Venesuela siyasi elitasına münasibətdə hansısa konkret addımlar atsalar, peşman olacaqlar.

Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

“Əgər siz bizim ölkənin bir liderinə toxunsanız, buna görə ömrünüzün sonuna qədər peşman olacaqsınız. Mən bunu Kolumbiya oliqarxiyası və ABŞ imperializminə deyirəm”, – o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Maduronu narkoticarətdə ittiham etmişdi. Vaşinqton Maduronu həbs etməyə kömək edən informasiya verənə 15 milyon dollar mükafat verəcəyini bəyan edib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »