Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İtaliyada koronavirusdan ölənlərin statistikası
İtaliya təşviş içində: Sərhədlər bağlanır, mağazalar boşalır - Video

İtaliyada koronavirusdan dünyasını dəyişənlərlə bağlı statistika açıqlanıb.

İtaliya Yüksək Səhiyyə İnstitutunun martın 26-na olan hesabatına görə, koronavirusdan ölənlərin böyük əksəriyyəti yaşlılardır.

Belə ki, ölkədə koronavirusdan ölənlərin 95.1 faizi 60+ yaş qrupuna aiddir. Ölənlərdən 2702 nəfərinin (39,7 faiz) yaşı 80-89 aralığında olanlardır. 35,3 faizi (2702 nəfər) isə 70-79 yaş qrupuna daxildir.

İtaliyada martın 26-dək 90+ yaş qrupuna aid olanlardan 608 nəfər koronavirusdan dünyasını dəyişib. Bu isə 8,9 faiz deməkdir. Dünyasını dəyişənlərdən 761 nəfəri isə 60-69 yaş arasıdır (11,2 faiz).

İtaliyada koronavirusdan ölənlərin 57,6 faizi kişilərdir. Ölənlərdən 73 faizi hipertoniyadan, 31,3 faizi diabetdən, 27,8 faizi isə ürək çatışmazlığından əziyyət çəkib.

Qeyd edək ki, son məlumata görə, İtaliyada koronavirusdan ölənlərin sayı 10 mini keçib. (Qafqazinfo.az)

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Karantin cərimələri tutulmağa başladı
››› Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına Azərbaycandan reaksiya
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »