Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol qəzası baş verib, xəsarət alanlar var

Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Məmmədli Sübhan Fuad oğlu, 2001-ci il təvəllüdlü Kişiyev İlham Fariz oğlu və 1996-cı il təvəllüdlü Şıxəliyev Yunis Azər oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə alınıblar. S.Məmmədliyə və Y.Şıxəliyevə burun sümüyünün, İ.Kişiyevə isə sol mil sümüyünün sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »