Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Apteklərdə tibbi maska 40 manata satılır - Foto
Maska

Dünyada koronavirus epidemiyasının yayılması və çox sayda insan təlafatı əhali arasında təşvişə səbəb olub. Azərbaycanda da bu virusun aşkar olunması səbəbindən paytaxt Bakıda qoruyucu maskalara olan təlabat birə beş artıb. Bu isə insanların təşvişinə səbəb olub.

Bizimyol.info xəbər verir ki, bəzi apteklər tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə başlayıblar. Artıq apteklərdə müştərilərə maska 40 manata təklif olunur.

Koronavirusa görə müşahidə olunan suni qiymət artımı sosial şəbəkə istifadəçiləri tərəfindən qınanılıb.

Qeyd edək ki, martın 9-da hüquq mühafizə orqanları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib. Tədbir zamanı yaranmış vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.

maska

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Karantin cərimələri tutulmağa başladı
››› Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına Azərbaycandan reaksiya
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »