Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa görə zəncəfilin qiyməti sürətlə artır

Dünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi, hər gün yüzlərlə insanın ölümünə səbəb olan koronavirusdan qorunmağın əsas yollarından biri immun sistemini möhkəmləndirməkdir.

Bizimyol.info xəbər verir ki, viruslara qarşı ən yaxşı qalxan rolunu oynayan məhsullardan biri olan zəncəfilin qiyməti ərzaq mağazalarında sürətlə bahalaşır.

Mütəxəssislərin koronavirusla mübarizədə kömək edə bilən məhsulların sırasında birinci yerdə adını çəkdikləri zəncəfilin hazırda marketlərdə zəncəfil müştərilərə 45 manata təklif olunur.

Qeyd edək ki, iki həftə öncə sarımsağın qiyməti bahalaşmışdı. Hazırda sarımsağın 1 kiloqramı marketlərdə 10 manata satılır.

Həkimlərin məsləhətinə görə, zəncəfil və sarımsaq təbii antibakterial xüsusiyyətə malikdirlər. Zəncəfilin tərkibində, həmçinin böyük miqdarda askorbin turşusu, B, A qrupu vitaminləri, sink, kalsium, yod var. Bundan başqa, onun aktiv maddəsi olan qingerol iltihab proseslərini aradan qaldırmağa kömək edir və ağrıkəsici təsirə malikdir.

Son xəbərlər
Bütün xəbərlər »