Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Bugünkü ağlım olsa, o yasa getməzdim”
Koronavirus

“Koronavirusa necə yoluxduğumu bilmirəm. Bazar günü iki yas mərasiminə getmişdim. Qabaqlayıcı tədbir kimi əlcək geyinib maska taxmışdım. Heç kimlə əllə görüşmədim, yaxın təmasım olmadı. Amma bugünkü ağlım olsa, getməzdim”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri koronavirusa yoluxan CHP-li sabiq deputat, həkim Gökmen Öğüt “Hürriyet”ə müsahibəsində deyib. O bildirib ki, bazar günündən xəstəxanada müalicə alır və səhhəti stabildir:

“İlk testimin cavabı neqativ çıxdı, ancaq sonra ikinci test elədilər və nəticə pozitiv çıxdı. Vəziyyətim yaxşıdır, bir-iki günə xəstəxanadan evə buraxılıb 14 günlük karantin rejimində qalacam.

Əlcəksiz bayıra çıxmırdım, maşınımda dezinfeksiyaedici məhlul var, əllərimi tez-tez yuyurdum. Belə olan halda mən belə yaxalandımsa, siz diqqətli olun”.

G. Öğüt vətəndaşlara bu tövsiyələri verib: “Marketlərdə alış-verişi bacardığınız qədər azaldın, aldığınız hər şeyi silin, şüşə və plastik əşyalardakı viruslara diqqət edin, ehtiyac olmadığı müddətdə evdən çıxmayın”.

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
››› Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı korrupsiya araşdırmasına başlayıb
Son xəbərlər
Bütün xəbərlər »