Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada virusdan rekord sayda insan öldü

Koronavirus İtaliyaya zərbələri bir-birinin ardınca endirir. Bu gün Avropa dövlətində virusdan rekord sayda insan ölüb.

Bizimyol.info xəbər verir ki, İtaliyada pandemiya son bir sutkada 969 can alıb, Beləcə, bu ölkədə virusdan ölənlərin sayı 9134-ə çatıb.

Koronavirus ortaya çıxandan İtaliyada gün ərzində ən çox 793 nəfər ölmüşdü. Bu qədər insanın ölümü həm də yeni rekordu rəsmiləşdirdi.

İtaliyada bu gün daha 5909 nəfərdə koronavirus aşkarlanıb. Ümumi say 86 min 498 olub.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumata görə, dünyada virus daşıyıcılarının sayı 573 mini keçib. İndiyə qədər 26 min 348 nəfər həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »