Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftin qiyməti yenə düşdü

Həm koronavirusun sürətinin artması, həm də bəzi ərəb ölkələrinin bazara daha çox və ucuz neft çıxarmaq istəyi qiyməti xeyli aşağı salmışdı.

Venesuelanın da belə addım atmağa hazırlaşması yanacaq indeksinin dəyərinə daha bir zərbə endirib.

Bizimyol.info xəbər verir ki, “Brent” markalı neftin qiyməti bu ay ərzində ikinci dəfə 24 dollara düşüb. Gün ərzində 24,37 göstəricisi qeydə alınıb.

Neft bazarında kəskin dəyişiklik martın 6-dan sonra baş vermişdi. Səudiyyə Ərəbistanı ilə Rusiya hasilatı azaltmaq istiqamətində ortaq məxrəcə gələ bilməmişdi. Bundan sonra ərəblər hasilatı artırmaq, həm də müştərilərə daha ucuz neft təklif etmək qərarı vermişdi.

Son xəbərlər
Bütün xəbərlər »