Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda koronavirusa inananlar və inanmayanların savaşı

Bildiyimiz kimi, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmək tələb olunur. Bu tədbirlər həm özümüzün, həmd də başqalrının təhlükəsizliyi, altından qalxa bilməyəəyimiz böyük epidemiyanın qarşısının alınması üçün atılır.

Amma iş bundadır ki,özünü çox bilmiş elan edən və əslində heç nə bilməyən müəyyən qrup insanlar cəmiyyət üçün ən təhlükəli varlıqlara çevriliblər. Sosial şəbəkələr hazırda iki qrup insanın cəbhəsinə çevrilib. “Boş şeydir, şayiədir, nələrinsə xatirinə edilir” deyənlərlə, bu insanlara savaş açmış, ehtiyat edən, özü və doğmaları, cəmiyyətimiz üçün narahat olanların savaşına. Bu gün sözə baxmayan çox insan 1 ay sonra süni tənəffüs aparatı olmayan reanimaisiyalarda yarımcan vəziyyətdə ağ tavana baxıb “mən harda səhv etdim?” deyə düşünəcəklər.

Bizimyoi.info-nun əməkdaşı Qadir Həzi yazır:

“İnsnların bir hissəsi epidemiyadan qorunmaq üçün ətrafda hər kəsə və hər şeyə qorxu ilə yanaşır. Bu da təhlükəlidir. Pisixoloji fəsadlar verə bilər. Digər bir yanaşma isə daha təhlükəlidir. Belə ki, onlar heç nə baş verməyibmiş kimi davranırlar. Dünyanı sarsıdan koronavurusu "ələ salırlar". Marketin qarşısında gördüyüm gənclər əllərini mühəcccərə sürtüb digərinin üst-başına silir və "apar evə, kişini koronaya yoluxdur, canın qutarsın",- deyə zarafatlaşırdılar.

Qardaşlar, əzizlərim, bu pandemiya müharibədən də təhlükəlidir. Müharibədə ən azı düşmənin olduğu istiqamət bəlli olur. Burada isə səmt, istiqamət bəlli deyil. Allah qorusun, ən yaxın adam "düşməniniz" ola bilər.

Bu bəlanı ciddiyə alaq, qoxmayaq, amma qorunaq. Özümüzü qorumaqla yaxınlarımızı və nəticədə xalqımızı qorumuş oluruq”.

Başqa bir həmkarımız Hikmət Həsənov da məsələyə münasibət bildirib: “Bir qrup insan var, koronavirusla bağlı istənilən xəbər altına girib: "Brat, Amerikanın oyunlarıdı", "brat, Çinin oyunlarıdı", "brat, planın bir hissəsidir", "hər şey plan üzrə gedir", "hər şey ssenari üzrə gedir".

Doktor Müşfiq Hüseynov isə çox maraqlı bir statistika təqdim edib:

15-25 yaş - CV ilə çox maraqlanırlar, soyuqqanlıdırlar. Maska-əlcək taxırlar. Çox maraqla izləyirəm bu yaşdakıları.

25-35 yaş - dünya veclərinə deyil. Əmindirlər ki, onlara heç nə olmayacaq. Nə maska, nə əlacək taxmırlar. Kefdədirlər.

35-45 yaş - ehtiyatlıdırlar. Maska taxırlar. Amma əlcək taxmırlar. Rahatdırlar. Stress yoxdur.

45-55 yaş - ehtiyatlı və narahatdırlar. Bir az da stressli. İmkanları olsa skafandr geyərlər.

65 və yuxarısı - 25-35 yaşın xuliqan variantı.

“Sizi də xəbərdar edirəm, hörmətli cəngəllik üzvləri, odun 1 sm-nə çatmısız. Özünüzü yandırırsız, xəbəriniz yoxdur. "Ya bu gün, ya heç vaxt" dilemması qarşısındasınız artıq. Bu gün sözə baxmayan çox insan 1 ay sonra süni tənəffüs aparatı olmayan reanimaisiyalarda yarımcan vəziyyətdə ağ tavana baxıb “mən harda səhv etdim?” deyə düşünəcəklər".

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »