Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İbrahim Məmmədov: Yoluxmaların sürəti sağalmanın sürətini üstələyir

“Dünən bir gün ərzində xəstəliyə yoluxanların sayında artım oldu. 29 nəfərdə virus aşkarlandı. Məsələnin qorxulu tərəfi budur ki, yoluxmaların sürəti sağalmanın sürətini üstələyir. İndiyə qədər 122 nəfər yoluxub, amma cəmi 15 nəfər sağalıb. Hazırda ölkədə 104 xəstə var. Və xaricdən gələn vətəndaşlardan əlavə ölkə daxili xəstələnmələr qeydə alınıb. Əgər karantin rejiminə ciddi əməl edilməsə, ölkə səhiyyəsi genişmiqyaslı epidemiyanın öhdəsindən gələ bilməyəcək”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov AzTV-nin efirində səsləndirib. O pandemiya bəlasına qalib gəlmək üçün əhalini karantin rejiminə əməl etməyə, insanları məsuliyyətli olmağa çağıraraq qeyd edib ki,hələlik son 3 gündə tətbiq edilən karantin onu deməyə əsas verir ki, əhalinin bir hissəsi məsələnin ciddiyyətinin fərqində deyil və bununla da başqalarını yüksək risq altına atırlar.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »