Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“500 min maska gəlib, niyə yoxdur?” deyənlərə cavab

Hazırda bir ay üçün 3,5 milyon ədəd maska satılır. 2018-19-cu illərdə bir ayda 500-600 min, yəni orta hesabla bir gündə 200 minə yaxın maska satıldığı halda, hazırda 3 gündə bu qədər sayda maska satılır.

Dünən ölkəyə 500 min ədəd maska gətirilməsi barədə verilən xəbər insanlarda bir balaca çaxnaşma yaratdı.Apteklərə gedən hər kəsə verilən cavab eynidir. Maska və spirt yoxdur. Ara sıra spirt almaq mümkün olsa da maska ümumiyyətlə əlçatan deyil. Aptek işçiləri depodan onlara gündəlik limitlə, 50 ədəd maska verildiyini bildiriblər və əlavə edilib ki, tələbat çox olduğu üçün maskalar tez satılıb bitir.

İqtisadçı Ramil Abbasov Bizimyol.info-ya bildirib ki, sözügedən 500 min maskanı apttekdə axtramaq əbəsdir.

Ramil Abbasov Ramil Abbasov

“Hərə əlində bir kamera götürüb düşüb apteklərə ki, maska niyə yoxdur? Gəlin baxaq görək niyə yoxdur maska.

Maska əvvəl tibb işçilərinə, xəstələrə, polis, müdafiə nazirliyi, sərhəd xidmətinə paylanır. Nəzərə alaq ki, elə 90 minə yaxın tibb işçisi var.

Hər gün apteklərə 150-200 min maska paylanır. Ölkədə 1 aptek təxminən 2 min nəfərə xidmət edir. Bu o deməkdir ki, ölkədə 5000 ətrafında aptek var. Deməli ən yaxşı halda hər aptekə 40 maska düşür. Halbuki ortalama hər aptek 2000 nəfərə xidmət edir”,- deyə o qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »