Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Operativ Qərargah: 746 nəfər inzibati, 1 nəfər cinayət məsuliyyətinə cəlb olunub
Nazirlər Kabineti

Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.

Operativ Qərargahdan Bizimyol.info-ya verilən məlumata görə, iclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.

Əli Əsədov Əli Əsədov

Baş Nazir Ə.Əsədov bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.

İclasda qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

Şəhər və rayon icra hakimiyyəti orqanlarına ciddi şəkildə göstəriş verilib ki, xüsusi karantin rejiminə əməl olunması və ona nəzarət ən vacib tapşırıqdır.

Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Paylaş »
››› Vəzifədən gedən Usubovun mənəvi məsuliyyəti: Adam oğurluqları, qətllər...
››› Baş infeksionist: "Cərimə tətbiq edilməlidir"
››› Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
››› Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovdan şikayəti üzrə qərarını açıqladı
››› Geyimi ilə məşhurlaşan rus tibb bacısı gizlənir - Foto
Son xəbərlər
Bütün xəbərlər »