Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantində itini mağazaya çips almağa göndərdi - Foto

Meksikada da koronavirusa görə xüsusi karantin rejimi elan olunub. İndiyə qədər 475 nəfərdə pandemiya aşkar olunub, 6 meksikalı həyatını itirib.

Bizimyol.info xəbər verir ki, Meksika sakinlərindən biri karantində itini mağazaya çips almağa göndərib. O, çixuaxuanın xaltasına kiçik məktub bağlayıb.

Karantində itini mağazaya çips almağa göndərdi

Antonio Munyos məktubunda yazıb: “Zəhmət olmasa, mənim itimə “Cheetos” çipsi satın. 20 dollar onun xaltasındadır. Narıncı yox, qırmızı çips lazımdır. Diqqət: itin xətrinə dəysəniz, dişləyəcək”.

Karantinin üçüncü gününü yaşayan Antonio istəyinə çatıb. Onun itinə mağzada məhz qırmızı rəngdə “Cheetos” satıblar.

Son xəbərlər
Bütün xəbərlər »