Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbulda virusdan ölənlərin dəfn olunduğu məhəllənin sakinləri buna etiraz edir - Video

Türkiyədə koronavirusun sürətlə yayılması böyük təəssüf doğurur.

Təxminən bir həftə əvvəl qardaş ölkədə cəmi 91 virus daşıyıcı olduğu bildirilirdi. İndi 2433 belə hal təsdiqini tapıb. Türkiyə Səhiyyə Nazirliyi 59 nəfərin öldüyünü açıqlayıb.

Bizimyol.info xəbər verir ki, İstanbulda virusdan ölənlərin dəfn olunduğu məhəllənin sakinləri buna etiraz edir. “Twitter”də bununla bağlı video paylaşılıb. Beykoz ilçəsinin Çavuşbaşı Baklacı məhəlləsinin sakinlər məhz yaşadıqları ərazidə koronavirusdan həyatını itirənlərin dəfnindən narazıdır.

Videoda virusdan ölənlərin palçıqlı ərazidə dəfn olunduğu görünür. Məhəllə muxtarı Mustafa Yıldırım da fikrini bildirir. O, insanların sıx yaşadığı ərazidə virusdan ölənlərin dəfnini düz saymadığını söyləyir. Başqa danışanlar da oxşar fikir deyir. Onlar həm də dəfndə iştirak edənlərin əraziyə işlənmiş maskaları tullamasından narazılığını bildirir. Muxtarın dediyinə görə, artıq 15 meyit dəfn olunub. Daha 9 ölü üçün məzar qazılıb.

Son xəbərlər
Bütün xəbərlər »