Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Polisdən xəbərdarlıq: “Çölə çıxmayın!”- Video
1537171102_1537170627_1532930127polis

Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və şəhər sakinlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirlərinin tam yerinə yetirilməsi üçün paytaxtda üzərimizə düşən bütün vəzifələr icra olunmaqdadır.

“Bu məqsədilə paytaxtda koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlar tərəfimizdən müəyyən olunduqda profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur.

İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi müəyyən olunduqda onlar da tövsiyələrə uyğun olaraq, vəziyyət onlara izah olunmaqla toplaşdıqları yerdən uzaqlaşdırılır.

Yalnız bir halda qadağalara məhəl qoyulmadıqda qanunvericliyə uyğun olaraq, tədbirlər görüləcəkdir. Xüsusi təyinatlı avtomobillər vasitəsilə bütün küçə və prospektlərdə, məhəllədaxilli yollarda əhaliyə xəbərdarlıqlar edilir.

Həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar. Ona görə də bir daha Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət olunmasını, qərarların anlayışla qarşılanmasını, tələb və tövsiyələr əməl etməyi xahiş edirik”,-deyə idarədən bildirilib.

Ramid İbrahimov

Paylaş »
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı
››› TƏBİB gələn həftədən əhali arasında koronavirusla bağlı seroloji testlərə başlayır
››› Həkimlər sərt karantin rejiminin yumşaldılmasına çağırış etdilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »