Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
FIFA klubların üzərinə yeni öhdəlik qoydu
1542806741_fifa

FIFA klubların üzərinə oyunçuları və məşqçiləri ilə başa çatmaqda olan müqavilələri cari mövsümün sonunadək uzatma öhdəliyi qoyacaq. Bununla bağlı hazırlanmış sənədə müvafiq bənd salınıb.

Həmin bənddə göstərilir: "Müqavilə müddəti mövsümün ilkin başa çatma tarixinədəkdirsə, anlaşma yeni yekunlaşma tarixinədək uzadılır".

Eyni prinsip növbəti mövsümə də nəzərdə tutulan müqavilələrə də şamil ediləcək. Onların qüvvəyə minməsi üçün başlanğıc müddət koronavirusa görə dəyişən təqvimə uyğun korrektə olunacaq.

Sənəddə trasfer pəncərəsinin mövsümün yeni keçirilmə müddətlərinə uyğun dəyişdirilməsinə dair tövsiyə də yer alıb. Bildirilir ki, belə dəyişikliklərə maksimal müddəti 16 həftəni keçməyəcəyi təqdirdə icazə vermək lazımdır. FIFA yeni yaradılmış Klublara Dəstək Fondundakı puldan yararlanmaqla onlara maliyyə problemlərinin həllində köməklik göstərə bilər.

Qeyd edək ki, hazırda Avropanın əksər ölkələrinin çempionatları, o cümlədən Azərbaycan Premyer Liqası koronavirus üzündən dayandırılıb. (Report.az)

Paylaş »
››› "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Türkiyədə koronavirusla bağlı son vəziyyət
››› Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır
››› ABŞ-da jurnalist Trampı tribunanı tərk etməyə vadar etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »