Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan sağalan jurnalist danışdı - Evdə tək başıma öhdəsindən gəldim

İngiltərədə yaşayan türkiyəli jurnalist Sudə Şensoy koronavirusdan sağaldıqdan sonra yaşadıqları barədə TRT1 efirinə danışıb. Sudə Şənsoy çox sürətlə sağaldığını və bir həftə sonra ayaqüstə olduğunu, xəstəxanaya getməyərək evdə müalicə olunduğunu bildirib.

“Qızdırma anidən başladı. Baş ağrısı və halsızlıq başladı. İngiltərədə xəstəxanalara getmək yasaqlanıb. Zəng etdim evə gəldilər. Evdə izolə olmağımı, pəncərələri açıb havanı təmzləməyimi, bol maye içməyimi və sadəcə qızdırmasalan dərmanlar içməyimi tövsiyə etdilər.

Sudə Şensoy Sudə Şensoy

İngiltərədə məsələyə münasibət fərqlidir. Hər koronavirus xəstəsi xəstəxanaya aparılmır. ”Ciddi narahatlığınız yoxdursa bizi narahat etməyin” deyirlər, amma evə gəlib məni ciddi yoxladılar. Testim pozitiv çıxdı və ciddi nəfəs darlığı yoxdursa xəstəxanaya aparmırlar. Sadəcə ən böyük tövsiyə panikaya düşməmək, bu anları pozitiv yaşamaqdır. Çünki panika anında ürək əzələləri gərginləşir. Onsuz da nəfəs darlığından əziyyət çəkən insana bu ikiqat zərbə olur. Panika keçirmədən ciddiyə alaraq, özünüzü qoruyun”.deyə xanım jurnalist bildirib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »