Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Xuliqanlıq edənlərin üzərindən silah və narkotik vasitələr çıxdı
hebs

Bakıda və Bərdədə xuliqanlıq edən silahlı şəxslər saxlanıldı.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq edən silahlı şəxslər saxlanılıb.

Martın 25-də Bərdə rayon sakinləri-əvvəllər məhkum edilmiş Fərid Aslanov, Asif Süleymanov və Əli Əsədov sonuncunun idarə etdiyi avtomaşınla Bərdə rayonu ərazisində ictimai asayişi pozaraq xuliqanlıq ediblər. Bu zaman onlar vətəndaşlara məxsus avtomaşınlara ziyan vurublar. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıblar. Ə.Əsədovun idarə etdiyi “Priora” markalı avtomaşına baxış keçirilən zaman 1 ədəd 16 kalibrli “İJ” markalı lüləsi və qundağı kəsilmiş odlu silah, 1 ədəd bıçaq, narkotik vasitə hesab edilən marixuana həmçinin F. Aslanovun üzərindən 1 ədəd beşbarmaq və 2 ədəd tüfəng patronu aşkar edilərək götürülüb. Bundan başqa F. Aslanovun üzərindən heroin, A. Süleymanovdan isə tiryək aşkar edilərək götürülmüşdür. Aparılan tədbirlərlə onların bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonu ərazisində də xuliqanlıq hərəkətləri etdikləri, havaya atəş açdıqları müəyyən olunub.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş »
››› Rusiyada koronavirusu dərhal məhv edən ucuz məhlul hazırlayıblar
››› Türkiyədə daha bir koronavirus rekordu qeydə alındı
››› “Kurtlar vadisi”nin aktyoru koronavirusdan ölüb
››› Trampın açıqlaması neftin qiymətini kəskin artırdı
››› Operativ Qərargah: “Bütün qaydalara riayət olunsa, 2 həftədən sonra müsbətə dönüş başlaya bilər”
Son xəbərlər
Bütün xəbərlər »