Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıdakı marşrut avtobuslarında dezinfeksiya dispenserləri qırılıb - Fotolar
marşrut avtobuslarında dezinfeksiya dispenserləri

Xəbər verildiyi kimi koronavirusla mübarizə tədbirlər çərçivəsində müntəzəm marşrutlar üzrə istismar olunan avtobuslarda sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlul yerləşdirilib.

Bizimyol.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, avtobuslarda sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün qoyulan dispenserləri bəzi sərnişinlər qırıb.

M.Ağayevin sözlərinə görə, son bir neçə gündə 50-yə yaxın belə hal baş verib: Belə halla “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında gündəlik rastlaşırıq. Həmin dispenserlərin içindəki məhlulu dağıdıb yerə tökdükləri hallar da olur. Son dayanacaqda avtobusları təmizləməli oluruq. Bir neçə gün ərzində 50 avtobusda belə hal olub”.

Qeyd edək ki, istismarda olan avtobuslarda qeyd olunan avadanlığın (dezinfeksiyaedici məhlul) yerləşdirilməsi və avtobusların təmizliyinin nəzarətdə saxlanması ilə bağlı monitorinq keçirilib və aşkarlanan çatışmazlığın aradan qaldırılması barədə daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.

avtobuslarında dezinfeksiya dispenserləri

Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən avtobuslarda dezinfeksiya tədbirləri davam etdirilir.

Ramid İbrahimov

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› İnsanların kabusuna çevrilmiş “buzlu şüşə”...
››› Türkiyə Kür çayını Qara dənizə axıdacaq - Bizi nə gözləyir?
››› İqtisadiyyat Nazirliyi: İcazələr yenidən aktivləşdirilib
››› Bakı polisi vəhabilərin Bibiheybətdə torpaq sahəsini zəbt etməsini araşdırır
Son xəbərlər
Bütün xəbərlər »