Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Virus Çindəki laboratoriyadan yayılıb" - Həkimdən epidemiyanın sonu barədə proqnoz
Koronavirus

Bəşəriyyət növbəti sınağından keçir.COCİD-19 dünyadakı hökmünü artırdıqca insanlarda müxtəlif suallar yaranmaqda davam edir.Kimdir müqəssir? Təbiət yoxsa insan? Bəlkə insan özü öz əməlinin qurbanına çevrilib? Bu bəladan qurtulacağıq, amma nə zaman, nəyin bahasına? Bizimyol.info-nun müsahibi Həkim-farmakoloq Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynovdur.

- Müşfiq bəy, necə düşünürsünüz, COVİD-19 təbiətin , yoxsa insan əməyinin “bəhrəsidir”?

Müşfiq Hüseynov Müşfiq Hüseynov

- Kotonavirus Çinin, ərazisi Azərbaycandan 2 dəfə böyük, əhalisi 5 dəfə çox olan Hubey vilayətinin Uhan şəhərindəki BLS-4 tipli yarımhərbi laboratoriyasından sızıntı nəticəsində dünyaya yayıldı. Buradakı 4 dördüncü səviyyə təhlükəsizlik tədbirlərinə işarədir. Bu labroratoriya haqqında ilk məlumatlara mətbuatda 2017- ci ildə rast gəlinib. Çin alimləri iftixarla, yarasalar üzərində çox uğurlu sınaqların keçirildiyini, gələcəkdə bəşəriyyət üçün bu testlərin çox xeyirli olacağını bildirirdilər. Məqsəd sadəcə yarasalara məxsus olan, unikal bacarığın- virusun başqa heyvanlara keçirtməyinə baxmayaraq, özünə heç bir şey olmaması faktından insanlar üçün istifadə etmək idi. Müstəqil ekspertlər bu laboratoriyada təhlükəsizlik səviyyəsində boşluqların olduğunu bildirmişdilər, Amma necə oldusa, sınaq yarasalarından biri hansısa yol tapıb çıxa bilib. Hər şey, mərkəzi çinlilərin “uçan,qaçan, üzən hər heyvanı yemək xüsusiyyətindən başlandı. Yarasanı yeyən çinli çox tezliklə xəstəlik tutub virus daşıyıcısına çevrildi. Bəzilər bu pandemiyada konspirologiya elementləri axtarır, dünyanı idarə edən güclərin bu işdə önəmli rolu, hətta vaksinin belə hazır olması fikrini önə çəkirlər. Bu barədə nəsə demək çətindir. Amma artıq bəllidir ki, Koronavirus-19 təbiətdən gələn virus tipi deyil, laboratoroyalarda hazırlanıb, SARS adlı məhşur virusun mutant variantıdır və virusun genomunda hər hansı dəyişiklik etmək mümkümdür.

- Zərbənin ən ağır halda İran və Çində yaşanması siyasi gedişlər barədə düşünməyə əsas versə də, İtaliyada, daha sonra Avropanın ən güclü dövlətlərində yayılması fikirləri alt- üst etdi.

- Bu tip epidemiyalar sərhəd tanımır. Təəssüf ki, onun qarşısını nə ordu, nə divar, nə də sərhədlə ala bilməzsiniz. Avropadan öncə, Çindən sonra pandemik partlayış İranda oldu. Səbəb olaraq, embargo vəziyyətində yaşayan İranın son ümid yeri Çinlə siyasi, iqtisadi, ticari əlaqəsini kəsməməsi oldu. İrandan sonra növbə Çinin başqa önəmli tərəfdaşı İtaliyaya gəldi. 3 futbol maçı Atalanta-Valensiya ( Milanda oynandı), Real-Barselona ( Madrid ) və ardınca Liverpul-Atletiko Madrid oyunları ilə bütün qitəyə yayıldı.

- Avropa səhiyyəsi həmişə təriflənirdi, niyə bu vəziyyət yarandı. İlk baxışda Azərbaycanda vəziyyət daha yaxşı nəzarətə alınmış kimi görünür. Bu belədirmi?

- İtaliyada sürətlə artan xətt sanki stabilləşməyə başlasa da, İspaniyada hələ yeni alovlanır. Bunun sadaladığımız səbəbləri ilə yanaşı, başqa obyektiv səbəb, bu iki ölkənin dünyanın ən yaşlı əhalisinə malik ölkələrinin siyahisində ilk onluğa girməsidir. Əhalinin böyük hissəsi təqaüdçü və ahıl yaşında olanlardır, itkilərin çoxluğunun bir səbəbi də budur. Başqa bir səbəb isə, bu ölkələrdə tibb sahəsinin tamamilə özəlləşməsi, özəl sektorun isə bunun öhdəsindən gəlməməsi göstərilir. Məsələn qonşu Aımaniyada ölüm halları dəfələrlə azdır, çünki hər şey dövlətin xüsusi diqqət və nəzarətindədir. Bəs milyardlıq büdcələri olan, dünyanın iqtisadi gücünə görə ilk G20 daxili olan bu iki ölkə necə oldu ki, bir virus salğını ilə yerlə bir oldu? Səbəblər çoxdur. Mental səbəblər bunlardan ən başlıcasıdır. İtalyanların karantin rejiminə laqeydliyi, “heç nə olmaz, boş şeydir” prinsipi ilə yaşaması, bütün göstərişlərə baxmayaraq küçələrə çıxmaları sağlıq qurumlarını və həkimləri çıxılmaz vəziyyətə saldı. İpin ucu itmişdi. Hökümət məcburi qaydada şəhərlərə ordu yeridib, küçəyə çıxma yasağı tətbiq etdi.

- Bizdə də artış gözlənilirmi?

- Bizdəki vəziyyət hələ ki, tam nəzarət altındadır. Artış təbii ki, olacaq və bu normaldır. Bunda nə panikaya düşəcək,nə də qorxacaq bir şey yoxdur. Virusa yoluxmaq hələ ölmək demək deyil. İlkin diaqnozun tez qoyulması sizin ancaq həyatınızı xilas edəcək. Ona görə ilk simptomlarda həkimə müraciət etməkdən çəkinmıyin. Biz italyanların səhvini heç bir halda təkrarlamamalıyıq! Mütləq qaydada karantin rejiminə əməl etməliyik. Ehtiyac olmadıqca qətiyyən küçəyə çıxmamaq gərəkdir. Hər küçəyə çıxış, sizin virusa yoluxmaq ehtimalınızı çoxaldır. Nəzərə alsaq ki, virus cansız əşyada 6-7 saata qədər yaşaya bilir, deməli, küçədəki virus sizin paltarınızda, ayaqqabınızda da evə gələ bilər.

-  Dediniz ki,COVİD-19 özü mutasiyaya uğramış versiyadır. Bəs o yenidən mutasiyata uğraya bilərmi?

- Təbii ki. İlk günündən bu günə, virsun 40-a yaxın ştammı tapılıb. Yeni mutantlarla da rastlaşa bilərik. Dünyanın bütün laboratoriyaları peyvənd çalışmalarını sürdürür. Ümid edirəm ki, il sonuna qədər əlimizdə nəticələr olacaq.

- Koronavirus mutasiya ilə zəifləyəcəkmi? Mutasiya edib daha qorxunc halda geri dönüş ola bilərmi? Payızda biz onu yenidən gözləyə bilərikmi?

- Bu günə kimi müşahidə olan tendensiya göstərir ki, xeyr zəifləmir. Amma virus canlı orqanizmdir, virus davamlı və uzun müddət yaşaya bilməz. İnsanlar daha çox məlumatlanınca, daha çox özlərini qoruyur. Şəxsi fikrimdir, əyər hər kəs karantin rejiminə əməl etsə, bir müddət sonra həyat stabilləşməyə başlayacaq. Əks halda, bizi İtaliya kimi ağır karantin gözləyir. İnsanları “evdə qal” tələbini yerinə yetirməyə çağırıram. Əks halda problemlər qaçılmaz olacaq. Fikrimcə, avqust-sentyabr aylarında vəziyyət dünya üzrə stabilləşəcək. Çünki, artıq hər kəs, bütün dövlətlər bu işin zarafat olmamasını anladı. Məsələn ölüm faktının olmadığı Özbəksitanda ciddi karantin, hətta küçəyə çıxma yasağı rejimi tətbiq olinub. Ukraynada metro belə bağlıdır. Qazaxstanda karantin rejiminin pozulmasına görə artıq ilk həbs olunanlar var. Yəni, düşünürəm ki, hər kəsin öz vətəndaşlıq vəzifəsini yerinə yetirsə, bu işi bitirəcəyik.

İlhamə Rəsulova

Paylaş »
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› Alim Azərbaycana Rusiya və Türkiyədən həkim çağırılmasına etiraz edir
››› Baş Prokurorluq əsgər ölümü ilə bağlı açıqlama verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »