Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Uşaq koronavirusdan ölən anasının cəsədi ilə 16 saat tək qalıb
Qadın meyiti

Azyaşlı uşaq 16 saat ərzində koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb.

WGXA telekanalının məlumatına görə, hadisə ABŞ-ın Corciya ştatında qeydə alınıb.

Məlumata görə, “Piedmont Newnan” xəstəxanasında mama-ginekoloq kimi çalışan 42 yaşlı qadın evində ölü tapılıb. Ölümündən əvvəl onun COVID-19-a yoluxmaya görə, verdiyi testin cavabı pozitiv çıxıb.

Baş vermiş hadisə ilə əlaqədar tibb müəssisəsinin bütün işçiləri və pasiyentlər yoluxma riski ilə bağlı xəbərdar ediliblər.

O da vurğulanıb ki, ölən qadın COVID-19 xəstələri ilə təmasda olmayıb.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, tənəffüs aktivliyi olmadığı üçün ölmüş adamdan koronavirus yoluxmur.(oxu.az)

Paylaş »
››› İsveçdə koronavirusa qarşı niyə tədbir görülmür... - Hər yer işləyir, hamı küçədə
››› Türklər koronavirusu izolyasiya etməyi bacardı
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı
››› Koronavirusa qalib gələ biləcək dərmanların adları - Avstraliya nəticələri açıqladı
Son xəbərlər
Bütün xəbərlər »