Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çökən yolla bağlı polisdən xəbərdarlıq
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov Nizami rayonunun Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolun çökməsi ilə bağlı sürücülərə xəbərdarlıq edib.

V. Əsədov “Qafqazinfo”ya sözügedən küçədə təhlükəsizliyi təmin etmək, yol nəqliyyat hadisələrinin, süni sıxlığın yaranmasının qarşısını almaq üçün alternativ yollardan istifadə edilməsini tövsiyə edir: “Hazırda Mehdi Abbasov küçəsində yaranmış vəziyyəti aradan qaldırmaq üçün əsaslı işlər aparılır. Xahiş edirik ki, bu yoldan sürücülər mümkün qədər istifadə etməsin”.

Son xəbərlər
Bütün xəbərlər »