Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Vatikan Dövlət Şurasının əməkdaşı koronavirusa yoluxub
Roma – qapalı şəhər: Yalnız apteklər və marketlər işləyəcək

Vatikan Dövlət Şurasında xidmət edən italiyalı prelat (katolik kilsələrində yüksək ruhani vəzifələrindən biri-red) koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən ANSA agentliyi bildirib.

Agentliyin məlumatına görə, yoluxan şəxs Roma Papası Fransiskın rəsmi iqamətgahında yaşayır. İqamətgahın bütün sakinləri üçün tibbi protokolda nəzərdə tutulmuş tədbirlər tətbiq edilib.

Vatikan rəsmiləri bu məlumatı hələ təsdiqləməyiblər.

Rəsmi məlumatlara görə, Papanın şəhər-əyalətinin ərazisində 4 koronavirusa yoluxma faktı aşkarlanıb.

İtaliya mediası Roma Papası Fransiskin faktiki karantin rejiminə keçdiyini iddia edir. Onun başqaları ilə təmasları minimum səviyyəyə endirilib.

Paylaş »
››› Rusiyada koronavirusu dərhal məhv edən ucuz məhlul hazırlayıblar
››› Türkiyədə daha bir koronavirus rekordu qeydə alındı
››› “Kurtlar vadisi”nin aktyoru koronavirusdan ölüb
››› Trampın açıqlaması neftin qiymətini kəskin artırdı
››› Operativ Qərargah: “Bütün qaydalara riayət olunsa, 2 həftədən sonra müsbətə dönüş başlaya bilər”
Son xəbərlər
Bütün xəbərlər »