Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da koronavirusa yoluxanların sayı 60 min nəfəri ötdü
Koronavirus

ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 60 min nəfərdən çoxdur.

Bu barədə ölkənin federal və yerli məlumatları əsasında hesablamalar aparan Cons Hopkins universiteti bildirib.

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 60 115 yoluxma halı təsdiqlənib, 827 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Təşkilatın son məlumatlarına görə, dünyada 372 mindən çox insan virusa yoluxub, 16 mindən insan pandemiyanın qurbanı olub. (Report.az)

Paylaş »
››› İyulun 20-dək fəaliyyətinə icazə verilən sahələr
››› Professor ikinci və daha qorxunc dalğanın nə zaman başlayacağını açıqladı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› BDU-nun daha bir tanınmış müəllimi vəfat edib
››› Daha bir rayon su böhranı ilə üz-üzə
Son xəbərlər
Bütün xəbərlər »