Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada virusdan ölənlərin sayı 20 mini keçdi

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı məlumatları mütəmadi yeniləyir. Rəqəmlər nikbinliyə əsas vermir.

Bizimyol.info xəbər verir ki, dünyada virusdan ölənlərin sayı 20 mini keçib. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, bu dəqiqələrə qədər koronavirus üzündən 20 min 501 nəfər həyatını itirib.

Dünyada yeni virusdan ölənlərin sayı martın 19-da 10 minə çatmışdı. Yəni 6 günə bu qədər ölüm qeydə alınıb. Halbuki ilk 10 min üçün 47 gün gərək olmuşdu.

Son məlumata görə, indiyə qədər 452 min 601 nəfərdə virus aşkarlanıb. 113 min 120 nəfərin sağaldığı bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »