Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İranda spirtdən ölənlərin sayı artır
Ambulans, İran

İranı koronavirus xeyli əldən salıb. Ölənlərin sayı 2 mini keçib, virusa 27 mindən çox yoluxan var. Üstəlik, texniki spirt içənlər də həyatını itirir.

Bizimyol.info xəbər verir ki, İranda saxta içki üzündən ölənlərin sayı 255-ə çatıb. Təcili yardım mərkəzinin rəhbəri Məhəmməd Cavad Muradiyan rəsmi agentlik IRNA-ya açıqlamasında ümumilikdə 592 nəfərin zəhərləndiyini bildirib. Qalanları həyatda saxlamaq üçün mübarizə gedir.

İranda texniki spirtdən müxtəlif əyalətlərdə zəhərlənənlər var. Daha çox fars əyalətlərində ölüm halları qeydə alınıb. Amma azərbaycanlıların sıx yaşadığı Ərdəbildə (19 nəfər), Xorasanda (13), İsfahanda (7), Həmədanda (4) da bu hal müşahidə olunub.

Bir çox şəhərlərdə saxta içki hazırlayanlar ələ keçirilib. Əhvazda 17, Xorasanda 2 nəfər məsuliyyətə cəlb olunub. Ümumilikdə 50 min litr spirt müsadirə olunub.

Paylaş »
››› Azərbaycanda koronavirus statistikası və obyektiv gerçəklər
››› Putin ərəblərə "təslim oldu", neftin qiyməti kəskin artdı - Son durum
››› Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı
Son xəbərlər
Bütün xəbərlər »