Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakı apteklərində spirt və tibbi maskalara tələbat ödənmir - Video
Azərbaycanda maska qıtlığı

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və tibbi ağız maskasına tələbatı artıb. Bəzi sosial şəbəkə istifadəçiləri bununla əlaqədar apteklərdə ağız maskasını və tibbi spirti tapmaqda çətinlik çəkdiklərini bildiriblər.

Bizimyol.info xəbər verir ki, sosial şəbəkə istifadəçiləri apteklərdə tibbi maskalara məhdud sayda satılır. Hər gün apteklərdə 50 maskanın satıldığı nəzərdə tutulduğu üçün günün ikinci yarısında apteklərdə maskanın tapılmadığı bildirilir. Spirtlər isə əsasən 1 litr olaraq satılır. Onun iqyməti isə 6-7 manat arasında dəyişir.

Televiziya kanalarından birinə qonaq olan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov tibbi maska məsələsilə bağlı açıqlama verib.

“Depolarda kifayət qədər tibbi maska var. Sadəcə, pərakəndə satışına məhdudiyyət qoyulub”,-deyə İ.Məmmədov bildirib.

Qeyd edək ki, bu günə olan məlumata görə, Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2 914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Paylaş »
››› Koronavirusu və SARS-ı tapan çinli alim Avropanın yol verdiyi ən böyük səhvdən danışdı
››› Mübariz Mənsimovdan Əliyev və Ərdoğana müraciət: “Atama və anama yalan demişik”
››› Dövlətdən vətəndaşa 2,5 milyard manat
››› “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti koronavirusdan ayağı ilə "qorunur" – Video
››› ABŞ-da tibb işçiləri virusa görə diz çöküb Allaha yalvarır - Video
Son xəbərlər
Bütün xəbərlər »