Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sosial güzəştlər almaq üçün aprelə qədər dözün
sigorta sosial  Pul Manat

Koronavirus təhlükəsi səbəbindən tətbiq olunan məhdudiyyətlərə görə işini itirənləri, gəliri azalanları (həm də həddən çox azalanları) düşündürən bir ortaq sual var. Necə dolanacağıq və kreditlərimizi nə ilə ödəyəcəyik?

İnsanların işdən çıxarılma hallarına yol verilməməsi, kommunal xidmətlərə görə xərclərin ödənilməsində güzəştlərin edilməsi barədə xəbərləri hamı gözləyir.

Dövlət rəsmiləri davamlı olaraq açıqlamalar verirlər - Kiçik və orta sahibkarlığa dəstək veriləcək, iş yerləri bağlanmayacaq və s. Amma bu dəstək nə zaman olacaq? O zamana qədər adı heç bir yerdə rəsmi qeydiyyatda olmayan günəmuzd işçilər necə yaşamalıdırlar? Məcbur olub, iş üçün çölə çıxanda xəstəlik daşıyıcısına çevrilmirlərmi? Məsələ ilə əlaqədar üç tutduğumuz deputat və ekspertlər də eyni fikirdə olub, müyyən güzəştlərin edilməli olduğunu söyləyirlər.

Məsələn deputat Əli Məsimli Bizimyol.info-ya bildirib ki, məhdudlaşdırıcı tədbirlərin biznes strukturlarına və əhaliyə mənfi təsirini minimuma endirmək və mümkün sahələrdə isə tamammilə aradan qaldırmaqdan ötrü tədbirlər kompleksi hazırlanır. Həmin tədbirlər kompleksində insanların işdən çıxarılma hallarına yol verilməməsi, koronavirus təhlüksi sovuşana və insanlar normal fəaliyyət rejimində çalışmağa başlayanaqədərki dövrdə banklara borcu olanların əsas və faiz borclarını, eləcə də gecikmələrə görə pensiya, cərimə və s. dayandırılmasını, vergi güzəştlərini, eləcə də kommunal xidmətlərə görə xərclərin ödənilməsində güzəştləri zəruri hesab edirik. O ki, qaldı, sosial güzəştlərin nə zaman tətbiq ediləcəyi barədə sualın cavabına, bu suala cavab verməkədən ötrü ən azından həmin məsələ üzrə yaradılmış işçi qrupunun üzvü olmaq lazımdır. ”Ümumiyyətlə isə belə sualların cavabı aprelin əvvəllərində məlum olacaq”,- deyə o bildirib.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev isə bildirir ki, hökumət üzərinə düşəni edib, qalan problemlər Mülki Məcəllə ilə tənzimlənməlidir.

Hər bir halda ümid edir və inanırıq ki, ölkə başçısı həmişə olduğu kimi, yenə Azərbaycan xalqının arxasında duracaq və müəyyən tədbirlər görüləcək.

İlhamə Rəsulova

Paylaş »
››› Koronavirusu və SARS-ı tapan çinli alim Avropanın yol verdiyi ən böyük səhvdən danışdı
››› Karantinə görə işə çıxa bilməyənlərə dövlət tərəfindən pul ödəniləcək - Rəsmi
››› Mübariz Mənsimovdan Əliyev və Ərdoğana müraciət: “Atama və anama yalan demişik”
››› “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti koronavirusdan ayağı ilə "qorunur" – Video
››› ABŞ-da tibb işçiləri virusa görə diz çöküb Allaha yalvarır - Video
Son xəbərlər
Bütün xəbərlər »