Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva koronavirusa yoluxanların evdə müalicəsinə icazə verdi - Dərmanların adı açıqlandı

Moskva Səhiyyə Departamenti COVİD-19 xəstələrinin evdə sağaldıla biləcəyini açıqlayıb və onlara necə qulluq edilməsi barədə ətraflı məlumat verib. Bizimyol.info Qazeta.ru-ya istinadən həmin qaydaları təqdim edir.

Kimlər xəstəxanaya yatırılmalıdır?

Temperaturu 38,5-dən yuxarı olanlar, nəfəs darlığı çəkənlər, qanda oksigen faizi 93%-dən aşağı olanlar, 65 yaşdan yuxarı yoluxanlar, xroniki xəstəliyi olanlar və hamilə qadınlar, risk qrupuna daxil olan şəxslərlə eyni evdə yaşayan COVİD-19 xəstələri.

Moskva Moskva, Rusiya / Foto: Pixabay.com

Kim evdə müalicə ala bilər?

Risk qrupuna daxil olmayanlar və virusu yüngül keçirənlər, eləcə də risk qrupuna daxil olsa da, xəstəlik əlaməti göstərməyənlər. Yoluxmuş insanlarla eyni evdə olanlar özlərini evdə təcrid etməli, başqaları ilə görüşməməlidirlər.

Evdə koronavirusdan necə müalicə olunmalı?

14 gün ərzində hər 12 saatdan bir Lopinavir + Ritonavir qəbul etməli.

Patogen müalicə. Bol maye içməli, parasetamol qəbul etməli (qızdırma varsa), vəziyyət çox pis olarsa, təcili yardım çağırmalı. Evdə müalicə alanlar üçün teletibbi konsultasiya təşkil olunur.

Xəstələrin özünü təcrid qaydalarında deyilir ki, onlar 14 gün ərzində evi, yaşayış yerini tərk etməməli, analizlər verməli, maskasız gəzməməli, ayrıca otaqda qalmalıdır.

COVİD xəstələrinə necə qulluq etməli?

Xəstə yaxşı havalandırılan otaqda tək qalmalıdır. Xəstə sağlam olan xroniki xəstəlikləri olmayan bir nəfər xidmət etməlidir. Xəstə ilə kontaktda olduqdan sonra əl və üz dizenfeksiya edilməlidir. Xəstə və köməkçisi mütləq maskada olmalıdırlar. Xəstənin toxunduğu əşyalar dizenfeksiya edilməli, əlcək və maska hər gün dəyişilərək atılmalıdır. Xəstənin istifadə etdiyi qabları ayrı saxlamaq, tez-tez dezinfeksiya etmək lazımdır. Tullantılar hava keçirməyən plastik paketlərdə saxlanılıb xüsusi qablara atılmalıdır.

İlhamə Rəsulova

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »