Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” adından yayılan elanlar cəmiyyətdə çaşqınlıq yaradır
Azərişıq

Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” - ünvanı məlum olmayan elanlara rast gəlinir.

Bizimyol.info xəbər verir ki, “Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

“Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma,təmir-tikinti,elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

Paylaş »
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Azərbaycanda karantin rejiminin yumşaldılması barədə qərar verildi
››› Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
››› Koronavirusdan sonrakı gələcək: 10 əsas trend
Son xəbərlər
Bütün xəbərlər »