Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ”ın sabiq futbolçusu karantinə alınıb
ecd6b39d0fe9771ccb97a46b8f4d5f56--00

Çinin "Çjeçzyan Qrintaun" klubunun formasını geyinən “Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu karantinə alınıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyası üzündən futbolçunun Çindən ölkəsi Cənubi Afrika Respublikasına yollanması olub.

Koronavirus xəstəliyi yayılmağa başladığı zaman vətəninə yollanan 30 yaşlı oyunçu artıq Çinə qayıtdığını və orada karantinə alındığını açıqlayıb: "Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantindəyəm. Səfərim problemsiz keçdi, amma bir az qorxdum. Şençjenə səfər zamanı ilk uçuşum ləğv edilmişdi, çünki testdən keçməli idim. Hava limanında bir anketdən keçdim, hamı maskalı idi, insanların çoxu əlcək taxır. Amma Çində bu virusun qarşısını almağın yollarını öyrəniblər. Tezliklə komandamla birgə məşqlərə başlaya biləcəyəm”.

Qeyd edək ki, Dino Ndlovu 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.

Paylaş »
››› “500 min maska gəlib, niyə yoxdur?” deyənlərə cavab
››› Beynəlxalq reytinq agentliyindən manatla bağlı proqnoz
››› 57 saylı marşrut avtobusları koronavirusa meydan oxuyur - Foto
››› İtaliyada virusdan rekord sayda insan öldü
››› Neftin qiyməti yenə düşdü
Son xəbərlər
Bütün xəbərlər »